AZ

Problemli kreditlərin sayı ARTIR: Hansı risklər yaranır?

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Problemli kreditlərin artmasının bir neçə əsas səbəbi var. İlk növbədə banklar kredit verərkən risklərin düzgün qiymətləndirilməməsi ilə üzləşə bilirlər. Müştərinin maliyyə vəziyyəti, gəlirləri və ödəniş qabiliyyəti kifayət qədər dəqiq təhlil olunmadan kredit məbləği müəyyənləşdirildikdə sonradan gecikmələr yaranır".Bunu Demokrat.az-a açıqlamasında bank məsələləri üzrə ekspert Emin Kərimov deyib. O, bildirib ki, kreditlərin gecikmə səbəbləri vaxtında araşdırılmalı və təsnifləşdirilməlidir:"Bu səbəblər arasında şəxsin iş yerini itirməsi, əlavə xərclərin yaranması, əməkhaqqının azalması və ya əvvəlcədən nəzərə alınmayan maliyyə öhdəliklərinin artması kimi hallar xüsusi yer tutur. Eyni zamanda, bəzi hallarda müştərinin məsuliyyətsiz davranışı da problemli kreditlərin artmasına səbəb ola bilər".Ekspert bildirib ki, belə vəziyyətlərdə əsas çıxış yolu kreditlərin restrukturizasiyası hesab olunur:"Restrukturizasiya kredit borcunun daha uzun müddətə yayılması, faiz dərəcəsinin azaldılması və ya müəyyən hallarda minimal faizlə ödəniş qrafikinin sadələşdirilməsi deməkdir. Məqsəd müştərinin borcu real şəkildə ödəyə bilməsinə şərait yaratmaqdır. Banklar problemli kredit portfelini təhlil etdikdən sonra risk siyasətinə yenidən baxmalı, kredit verilmə şərtlərini sərtləşdirməli, zamin və əlavə təminat tələblərini gücləndirməlidirlər. Bu cür tədbirlər adətən müvəqqəti xarakter daşıyır. Problemli kreditlər azaldıqdan və portfel sağlamlaşdıqdan sonra banklar kredit fəaliyyətini yenidən genişləndirə bilirlər".Onun n sözlərinə görə, hazırkı mərhələdə problemli kreditlərin artdığı şəraitdə əsas prioritet kreditlərin restrukturizasiyası olmalıdır:"Bu, həm kredit portfelinin sağlamlaşmasına, həm bankların likvidliyinin qorunmasına, həm də kreditlərin geri qaytarılma mexanizminin effektiv işləməsinə imkan yaradır. Çünki problemli kreditlər təkcə müştərilər üçün deyil, bankların özü üçün də ciddi maliyyə riskləri yaradır. Əgər kreditlər geri qaytarılmırsa, bankın gəlirləri azalır və digər maliyyə qurumları qarşısında öhdəliklərini yerinə yetirməkdə çətinliklər yaranır. Məhz buna görə də problemli kreditlərin artdığı dövrlərdə restrukturizasiya ən məqsədəuyğun və effektiv həll yolu hesab olunur".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr