AZ

Bir çox peşə sahibləri üçün sosial sığorta haqqı 2-3 faiz artırılır

Bakı. Trend:

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənsığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqınıntutulma qaydası dəyişdiriləcək.

Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Sosialsığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Dəyişikliyə əsasən, fəaliyyət növləri ilə fərdi qaydada (muzdluişçi cəlb etmədən) məşğul olan fiziki şəxslər məcburi dövlət sosialsığorta haqqını aşağıdakı dərəcələrlə ödəyəcəklər:

  • toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq,çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşarfəaliyyət, fərdi foto, audio-video xidmətləri (fotostudiyalaristisna olmaqla) sahəsində fəaliyyət – minimum aylıq əməkhaqqının3 faiz artırılaraq 8 faizi miqdarında;
  • çəkməçi, pinəçi, bərbər, dərzi fəaliyyəti, saat, televizor,soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıqemalatxanalarının fəaliyyəti, fərdi yaşayış evlərində vəmənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluqxidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban,aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən(ofisiant), fərdi baytarlıq xidməti praktikası ilə məşğul olanfiziki şəxslər – minimum aylıq əməkhaqqının 2 faizartırılaraq 5 faizi miqdarında.
Seçilən
136
4
az.trend.az

6Mənbələr