Bakı. Trend:
Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görəmaliyyə sanksiyaları artırılacaq.
Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyiVergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, vergi orqanlarında uçota alınmaqüçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri,publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsininnümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və yayaşadığı yer üzrə vergi orqanına ərizə verilir.
Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlətqeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial vənümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyatakeçirildikdə isə filialın və ya nümayəndəliyin yaradılmasındansonra 30 gün müddətində verilməlidir.
Sənədə əsasən, yuxarıda göstərilən müddətdə vergi orqanındauçota alınmaq üçün ərizənin verilməməsinə görə 160 manatartırılaraq 200 manat məbləğində maliyyə sanksiyası tətbiqediləcək.
Yəni, vergi uçotuna alınmadan qanunsuz sahibkarlıq fəaliyyətinəgörə tətbiq olunan 40 manat maliyyə sanksiyası200 manata qaldırılacaq.