AZ

Azərbaycan Somalinin suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha bəyan edir - XİN

Bakı.Trend:

Azərbaycan Respublikası Somali Federativ Respublikasınınbeynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə,birliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha bəyanedir.

Trend xəbərverir ki, bu barədə Somalidə baş verən son hadisələrlə bağlı Xariciİşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, Azərbaycan Respublikası Somali FederativRespublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəsuverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini birdaha bəyan edir.

Somali Federativ Respublikasının “Somaliland” regionununtanınması beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMTNizamnaməsinə ziddir.

Azərbaycan beynəlxalq hüququn pozulması nəticəsində özərazilərində xarici hərbi işğal və separatizmlə bağlı ağrılıtəcrübədən keçib.

Bu prinsipləri və öz təcrübəsini rəhbər tutaraq, AzərbaycanRespublikası bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyününvə siyasi müstəqilliyinin qorunmasına sadiqliyini qətiyyətlə davametdirir və beynəlxalq ictimaiyyəti məsuliyyətlə, beynəlxalq hüquqatam uyğun şəkildə hərəkət etməyə çağırır.

Məqalədə:
Seçilən
36
15
az.trend.az

10Mənbələr