AZ

Qonşu ölkədən yeni qadağa: siyahıda azərbaycanlılar da var – TARİX

Gürcüstanda qəbul edilən yeni qərar ictimai və regional müzakirələrə səbəb olub. Belə ki, 1 yanvar 2026-cı il tarixindən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkədə qaldıqları müddət ərzində qüvvədə olan tibbi sığortaya malik olmalıdırlar. Qaydalar turizm, işgüzar və ya tranzit məqsədilə səfər edən bütün əcnəbilərə şamil edilir.

Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” (AZAL) da ölkə vətəndaşlarına xəbərdarlıq edib və Gürcüstana səfər etməzdən əvvəl tibbi sığortanın təmin olunmasının vacibliyini diqqətə çatdırıb.

Bu qərarın mahiyyəti nədir?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, nəzərdə tutulan yeni tələb Şengen vizası zamanı tətbiq olunan qaydaya bənzəyir:

“Belə ki, Şengen vizası almaq üçün mütləq tibbi sığorta təqdim edilir və həmin sığorta Şengen ərazisində qalınan müddət ərzində keçərli sayılır. Bu məqsədlə üç, altı aylıq və bir illik sığorta paketləri mövcuddur. Hazırda Gürcüstan da eyni tələbi tətbiq etməyə hazırlaşır. Lakin fikrimcə, bu qərar məqsədəuyğun deyil. Çünki Gürcüstan əsasən turizm hesabına gəlir əldə edən ölkədir və hər il təxminən 7 milyon turist qəbul edir. Tibbi sığortanın məcburi qaydada tələb edilməsi, sığortası olmayan şəxslərin ölkəyə buraxılmaması və cərimələrin tətbiqi turizm sektoruna ciddi mənfi təsir göstərə bilər”.

Qonşu

Natiq Cəfərli

İqtisadçı bildirib ki, qərar dəyişdirilməsə, Azərbaycan vətəndaşları Gürcüstana gedərkən əvvəlcədən səfər müddətinə uyğun tibbi sığorta əldə etməli olacaqlar:

“Bu, ya Azərbaycandakı sığorta şirkətlərindən alınacaq, ya da ehtimal ki, Gürcüstanda hava limanlarında yaxud şəhərlərdə yaradılacaq xüsusi məntəqələrdə turistlərə təklif ediləcək. Sığortanın dəyərinin isə müddətindən asılı olaraq təxminən 20-30 avro (təxminən 40-60 manat) arasında olacağı gözlənilir. Hazırda bu barədə Gürcüstanda müzakirələr davam edir”.

Seçilən
16
1
turkustan.az

2Mənbələr