AZ

Surinamda ata 5 uşağı və 4 nəfəri öldürdü

Surinamın paytaxtı Paramariboda bir kişi gecə saatlarında 9 nəfəri, o cümlədən 5 uşağı bıçaqlayaraq öldürüb. Hadisə şübhəli şəxsin öz evində və ev ətrafında baş verib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər veriri ki, şübhəli şəxsin psixi sağlamlıq problemləri olub və hücumdan əvvəl ailə üzvləri ilə mübahisə yaşanıb. Hadisə zamanı 11 yaşlı qız 44 dəfə bıçaqlanıb.

Əlavə olaraq bir uşaq və bir yetkin ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Polis hadisə yerinə çatanda, şübhəli onlara bıçaqla hücum etdiyindən atəş açılıb və o, ayağından yaralanaraq xəstəxanada polis nəzarəti altında müalicə olunur.

Hadisə yerli və beynəlxalq ictimaiyyətdə böyük şok və kədərlə qarşılanıb.

Seçilən
12
azedu.az

1Mənbələr