BAKI, 29 dekabr. TELEQRAF
Gümüş səhər keçirilən ticarət əməliyyatlarinda 84 dollara yüksəldikdən sonra 3,8 dollar ucuzlaşıb.
Teleqraf xəbər verir ki, gümüşün dəyəri 75,3 dollara düşüb.
Qeyd edək ki, ağ metal bu gün səhər saatlarında 6 faizə qədər bahalaşaraq tarixi maksimuma 84 dollara yüksəlib. Rəylərə görə, dolların zəifləməsi və artan geosiyasi gərginliklər qızıl və platin də daxil olmaqla qiymətli metallara marağı artırıb və qiymətlərin tarixi zirvələrə qalxmasına səbəb olub.
Qeyd edək ki, gümüş bu ay 40 faizdən çox dəyər qazanıb. Metal hazırkı qiymət artımı ilə 1951-ci ildən bəri ən güclü illik göstəriciyə doğru irəliləyir. Son dövrlərdə gümüşün qiymətində artıma mərkəzi bankların yüksək həcmdə alışları, birja investisiya fondlarına (ETF) axınlar və ABŞ Mərkəzi Bankının ardıcıl üç dəfə faiz dərəcələrini endirməsi təsir göstərib.