AZ

İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi təsdiqlənib

Bakı, 29 dekabr, AZƏRTAC

İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” Qanun imzalayıb.

Qanuna əsasən, işsizlikdən sığorta fondunun 2026-cı il üzrə xərcləri 266,4 milyon manat məbləğində müəyyən edilib. Xərclərin maliyyələşdirilməsi fondun 238,3 milyon manat gəlirləri və əvvəlki illərdən formalaşmış 28,1 milyon manat ehtiyat hesabına təmin olunacaq.

Fondun gəlirləri əsasən işsizlikdən sığorta üzrə sığorta haqları hesabına formalaşacaq. Gəlirlərin 236,6 milyon manatı sığorta haqlarının, 1,7 milyon manatı isə sair daxilolmaların payına düşür.

2026-cı ildə fond vəsaitlərinin əsas hissəsi işsizliyə görə sığorta ödənişlərinə, özünüməşğulluq tədbirlərinə, peşə hazırlığı və əlavə təhsilin təşkilinə, sosial iş yerlərinin yaradılmasına, habelə məşğulluq sahəsində digər aktiv tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

 

Seçilən
53
46
azertag.az

10Mənbələr