AZ

Prezident İcbari tibbi sığorta fondunun və Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsini təsdiqləyib

Prezident İlham Əliyev İcbari Tibbi Sığorta Fondunun (İTSF) 2026-cı il büdcəsini təsdiqləyib.

Ölkə.az xəbər verir ki, gələn il İTSF-nin büdcə xərclərinin 2 milyard 621,5 milyon manat (bu illə müqayisədə 10,9 % az) olması proqnozlaşdırılır.

Xərclərin 1 milyard 976 milyon manatının Fondun gəlirlərinin (23,2 % az), 645,5 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (74,5 % çox) hesabına qarşılanması nəzərdə tutulur.

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 900 milyon manatı və yaxud 2,2 %-i İTSF-yə ayırmaların payına düşəcək. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 36,5 % azdır.

***

Prezident Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanunu təsdiqləyib.

Ölkə.az xəbər verir ki, qanuna əsasən, gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 8 milyard 483,1 milyon manat (bu illə müqayisədə 10,5 % çox) olması proqnozlaşdırılır.

Xərclərin 8 milyard 323,1 milyon manatının DSMF-nin gəlirlərinin (9,3 % çox), 160 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (2,7 dəfə çox) hesabına qarşılanması nəzərdə tutulur.

DSMF-nin büdcəsinin xərclərinin əsas hissəsini əmək pensiyalarının, sosial sığorta haqqı hesabına müavinətlərin ödənişi, həmçinin Fondun aparatının və digər struktur bölmələrinin saxlanılması ilə bağlı xərclər təşkil edəcək.

Seçilən
42
38
olke.az

10Mənbələr