ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropada qazın birja dəyəri ilin son həftəsində min kubmetr üçün təxminən 352 dollara çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Londonun "ICE birjası" məlumat yayıb.
Qiymətlər ötən cümə günü ilə müqayisədə 2,8 faiz artıb.
Niderlandda yerləşən TTF qaz habı üzrə yanvar ayı tədarükü üçün fyuçerslər bazar ertəsi ticarət sessiyasının açılışında min kubmetr üçün 349,9 dollar səviyyəsində formalaşıb. Gün ərzində qiymətlər bir qədər də yüksələrək 351,7 dollara çatıb ki, bu da əvvəlki ticarət günü ilə müqayisədə 2,8 faizlik artım deməkdir.
2024-cü ildə TTF birjasında qaz fyuçerslərinin orta qiyməti 386,5 dollar təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 16,3 faiz aşağı olub. Qazın qiymətində ən yüksək səviyyə 2022-ci ilin yazında qeydə alınıb - həmin dövrdə min kubmetr üçün maksimum 3892 dollar olub.
Mütəxəssislər 2025-ci ildə Avropada qaz qiymətlərinin enməsini bazarda tələbin azalması və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün artması ilə izah ediblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.