AZ

"Rusiya siyasi alver etmək istəyir" - Zərdüşt Əlizadə

Ötən gün Mayamidə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Görüşdən sonra Tramp bildirib ki, Rusiya, ABŞ və Ukrayna əvvəlkindən daha çox razılığa yaxındırlar.

Politoloq Zərdüşt Əlizadə Redaktor.az-a açıqlamasında qeyd etdi ki, tərəflər sülhə yaxın deyillər, atəşkəsə yaxındırlar:

"Sülhlə atəşkəs arasında çox böyük məsafə var. Neçə ildir danışırlar ki, sülh müqaviləsi bağlansın, hələ bağlanmayıb. Yəni sülhlə atəşkəs arasında fərq var, bu fərqi anlamaq lazımdır. Ukraynanın vəziyyəti ağırdır. Rusiya Ukrayna dövlətinə nisbətən daha güclü dövlətdir. Buna görə Qərbin Ukraynaya yardımı kifayət deyil, bu yardımı çox simicliklə verirlər. Ukrayna çox zəif mövqedən atəşkəsə doğru gedir. Rusiya isə güclü mövqedən gedir".

Müsahibimiz vurğuladı ki, Rusiya da bütün istədiklərinə nail olmayıb:

"Rusiya çox gözəl anlayır ki, atəşkəs bağlansa belə, sanksiyalar onun üzərindən götürülməyəcək. Ona görə o da toparlanmaq, siyasi alver etmək istəyir. Ukrayna ərazilərini neçə illik itirir, bunu bilmirik. Hələlik çox ağır şərtlərlə Ukrayna dövləti atəşkəsə razı olur. Amma hələ atəşkəslə bağlı razılaşdırılmış sənəd yoxdur. Çünki Rusiya hələ də öz tələblərində israrlıdır: NATO məsələsinin gündəlikdən tam çıxarılmasını, Ukraynanın neytral status elan etməsini, ordusunu ixtisar etməsini tələb edir. Ukrayna bu tələbləri qəbul etmir. Atəşkəs hələ xeyli vaxt aparacaq".

Aytəkin TOFİQQIZI

Seçilən
43
1
redaktor.az

2Mənbələr