AZ

Qaz limitini keçən abonentlərin sayı açıqlandı

Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı hazırda 2 milyon 419 min 550 nəfərdir.

Məhz ölkədə əhali üçün təbii qaz istehlakına illik limitlər tətbiq olunur. Qeyd edək ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün 12,5 qəpik, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi üçün 22 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün 30 qəpik müəyyən olunub.

Hər il olduğu kimi bu il də "smart-kart" tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yenilənəcək. Amma mexaniki sayğaclarda isə bu proses bir neçə gün davam edə bilər. 

Bəs cari il ərzində təbii qaz istehlakı üzrə müəyyən edilmiş limitləri keçən abonentlərin sayı nə qədərdir?

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Cebheinfo.az”-a açıqlamasında bildirib ki, abonentlərin 970 min 83 nəfəri, yəni 36,4 faizi qaz istehlakı üzrə müəyyən edilmiş limiti keçib.

Onun sözlərinə görə, bu göstəricilər 11 aylıq statistikaya əsaslanır:

“11 ayın nəticələrinə görə, abonentlərin 54,4 faizi, yəni 1 milyon 449 min 467 nəfəri 1200 kubmetr həcmində olan ilkin istehlak limitini aşmayıb. Yəni il ərzində qazdan müəyyən edilmiş limit çərçivəsində istifadə edib”.

Seçilən
99
cebheinfo.az

1Mənbələr