AZ

“Neftçi”nin baş məşqçisindən XƏBƏRDARLIQ - Heç kim mənim işimə qarışa bilməz!

Yuri Vernidubun «Neftçi»nin futbolçularına etdiyi ən ciddi xəbərdarlıq üzə çıxıb.

Bu barədə redaksiyamıza komanda üzvləri məlumat verilib.

Yeni baş məşqçi heç kimin məsləhəti ilə oturub-durmayacağı barədə onlara mesaj ötürüb. Ukraynalı əvvəl işlədiyi bəzi klublarda qarşılaşdığı neqativ hadisələr barədə oyunçulara danışıb,

Bildirib ki, çalışdığı müəyyən rəhbər şəxslər onun işlərinə qarışmağa cəhd göstərib, heyət və taktiki mövzulara girişmək istəyib.

Belə halları heç vaxt qəbul etmədiyini deyən Vernidub söyləyib ki, «Neftçi»də bu kimi hadisələrin baş verəcəyinə inanmır.

Dekabrın 9-da 1,5 illik müqaviləyə imza atmış sükançı qeyd edib ki, burada subardinasiya qaydalarına ciddi əhəmiyyət verilmir və o, hazırkı iş yerində fəaliyyət göstərməkdən məmnundur.

Tam sərbəst çalışdığını vurğulayan Vernidub «kim formanın haqqını verəcəksə, o da meydana çıxacaq» ifadəsini işlədib.

Bütün kollektivi əmin eləyib ki, tapşırıqlarını düzgün yerinə yetirənlər əsas heyətdə yer alacaq, kimisə qarşı ayrı-seçkiliyə yol verməyəcək.

SPORTİNFO.AZ

Seçilən
23
sportinfo.az

1Mənbələr