Renan Lodinin yeni klubu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, “Əl-Hilal”dan qalmaqallı şəkildə ayrılan Braziliya millisinin 27 yaşlı sol cinah müdafiəçisi karyerasını “Atletiko Mineyro” davam etdirəcək. Tərəflər 5 illik müqavilə imzalayacaqlar.
Lodi sentyabr ayında “Əl-Hilal” ilə müqaviləsini birtərəfli qaydada ləğv edib. O, mövsüm ərəfəsində Səudiyyə Ərəbistanı çempionatında oynamaq imkanından məhrum edildiyini bildirmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta