AZ

Simeone ilə bağlı yeni plan

Dieqo Smeonenin hazırkı komandasını daha uzun müddət çalışdırmaq şansı var.

"Football-plus.az" xəbər verir ki, “Atletiko”nun rəhbərliyi baş məşqçi ilə əməkdaşlığın müdətinin uzadılması variantını nəzərdən keçirir. Argentinalı mütəxəssisin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədi. “Marca” nəşrinin məlumatına görə, hələlik Simeone ilə rəsmi danışıqlara başlanılmayıb. Bununla belə, klub daxilində məhz onun layihənin gələcək inkişafı üçün ən uyğun fiqur olduğu qənaəti formalaşıb. Bu mövqeni “Atletiko”nun prezidenti Enrike Sereso, baş icraçı direktor Migel Anxel Xil Marin və idman direktoru Mateu Alemani dəstəkləyirlər.

Simeone komandanı 2011-ci ilin dekabrından çalışdırır. “Atletiko” ötən müddət ərzində iki dəfə La Liqanın çempionu olub.

Seçilən
87
1
football-plus.az

2Mənbələr