Biz milli həmrəyliyə necə nail olduq? Bu, Azərbaycanın müstəqilliyini itirmək ərəfəsində olduğu, separatçılıq meyllərinin həddini aşdığı, ölkənin milli ədavət və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı illərə təsadüf edirdi. Belə mürəkkəb dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanı qorumaqla yanaşı uzaqgörən və qətiyyətli lider kimi milli həmrəyliyimizin təmin olunmasına nail oldu, qardaş qırğınının və vətəndaş müharibəsinin qarşısını aldı. Onun liderliyi ilə bir daha əmin olduq ki, güclü dövlətin təməlində xalq-Lider birliyi dayanır. Məhz bu birlik Azərbaycan dövlətçiliyinin qorunub möhkəmlənməsində və milli həmrəyliyimizin formalaşmasında həlledici rol oynadı. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qəbul edilən qərar milli birliyimizin parlaq təcəssümünə çevrildi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31