AZ

Bakıda tikinti işlərinin böyük əksəriyyəti özəl sektorun payına düşüb

2025-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,6 faizini inşa, yenidənqurma və bərpa, 7,3 faizini əsaslı təmir, 4,3 faizini cari təmir, 2,8 faizini isə sair tikinti işləri təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, ümumi inşaat işlərinin 92,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Seçilən
33
teleqraf.com

1Mənbələr