AZ

"Adım o klubda getsə də..."

Azərbaycanlı çalışdırıcı Bəhmən Həsənovun 1-ci liqa təmsilçisi "Difai"yə baş məşqçi təyin olunduğunu xəbər vermişdik. Ağsu klubunun prezidenti Asəf Məlikov saytımıza açıqlamasında xəbəri təsdiqləmişdi. 

Bu barədə Fanat.Az-a açıqlama verən Həsənov təyinatın detalları barədə danışıb. 

Təcrübəli mütəxəssis 1-ci liqa təmsilçisi ilə formal olaraq anlaşdığını deyib: 

"Düzdür, bir müddət əvvəl görüşüb danışdıq, anlaşdıq. Ancaq əksər aşağı liqa təmsilçiləri kimi, onların da müəyyən problemləri var. Əslində, bunu bilirdim, sadəcə, formal olaraq anlaşmışıq. Adım o klubda getsə də, düşərgəyə baş çəkmirəm. "Şəki Siti"də yaşadıqlarım mənə dərs oldu".

Qeyd edək ki, Ağsu təmsilçisi 12 turdan sonra 9 xalla sonuncudan əvvəlki - 9-cu yerdə qərarlaşıb.

Mirağa 

Seçilən
27
fanat.az

1Mənbələr