AZ

Tanınmış meyxanaçı xəstəxanadan evə buraxıldı

BAKI, 29 dekabr. TELEQRAF

Meyxana ustadı Vüqar Qobulu xəstəxanadan evə buraxılıb.

TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, onun vəziyyəti qənaətbəxşdir.

"28 dekabr 2025-ci il saat 20:00 radələrində 1972-ci il təvəllüdlü şəxs (kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə zəruri tibbi xidmətlər göstərilib.Vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd edilib.

Seçilən
46
teleqraf.com

1Mənbələr