AZ

İran İsraillə yeni müharibəyə hazırlaşır: Raket istehsalı ikiqat artırıldı

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

On İki Günlük Müharibədə üzləşdiyi itkilərdən sonra İran hökuməti müdafiə və raket sənayesini sürətlə yenidən qurur və İsraillə mümkün ikinci qarşıdurmaya hazırlaşır.

Turkustan.az xəbər verir ki, Çinin hərbi və xammal dəstəyi ilə Tehran istehsal gücünü ikiqat artırıb və minlərlə yeni ballistik raket ehtiyatı formalaşdırır. Bu proses regionda həm hərbi, həm də nüvə səviyyəsində gərginliyin yenidən yüksəlməsinə səbəb olur.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, “Bu gün raket gücümüz On İki Günlük Müharibə dövrü ilə müqayisədə dəfələrlə artıb”. Müdafiə naziri Əziz Nəsirzadə isə istehsalın həm keyfiyyət, həm də kəmiyyət baxımından genişləndirildiyini açıqlayıb. Tehrana yaxın media qurumlarına danışan hərbi mənbələrə görə, İranın raket zavodları “gündə 24 saat fasiləsiz fəaliyyət göstərir”.

Məlumatlara əsasən, İran növbəti münaqişə zamanı 12 gün ərzində 500 raket buraxmaq əvəzinə, tək bir hücum dalğasında 2000 raket atmağı planlaşdırır. Beynəlxalq Böhran Qrupunun eksperti Əli Vaezin fikrincə, bu strategiyanın əsas məqsədi İsrailin hava hücumundan müdafiə sistemlərini həddindən artıq yükləmək, onların effektivliyini azaltmaq və müdafiə xətlərini yarmaqdır.

Bildirilir ki, İran müharibə zamanı istifadə edilən Fəttah-1, Hac Qassem və Kheybar Şekan ballistik raket seriyalarını daha yüksək sürət və manevr qabiliyyətinə malik yeni modellərlə təkmilləşdirir. Bu raketlərin İsrailin Dəmir Günbəz və Ox (Arrow) hava hücumundan müdafiə sistemlərinə qarşı xüsusi olaraq hazırlandığı qeyd olunur. Ekspertlər vurğulayırlar ki, Tehran “daha çox raket buraxmaqla müdafiə sistemlərini sıradan çıxarmaq” strategiyasını praktiki olaraq sınaqdan keçirməyə başlayıb.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
icma.az

1Mənbələr