AZ

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi təsdiqlənib  

Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qanuna əsasən, ehtiyac meyarının həddi 300 manat məbləğində müəyyənləşib.

Qeyd edək ki, cari ildə ehtiyac meyarının həddi 285 manat olub.

Seçilən
43
azerbaijan-news.az

1Mənbələr