AZ

Orxan Lökbatanlı xanımına mağaza açıb, avotomobil alıb

Meyxanaçı Orxan Lökbatanlı xanımı üçün mağaza açıb. 

İfaçı “Evdəkilərə salam” verilişinin qonağı olub və ailə həyatı, şəxsi qazancı ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.

Orxan Lökbatanlı qeyd edib ki, xanımının mağaza açmaq arzusu uzun müddətdir var idi və o, bu istəyin reallaşması üçün sadəcə maddi və mənəvi dəstək göstərib:

“Bu, evdəkilərin çoxdankı arzusu idi. Mən də ailə başçısı olaraq dəstək oldum. Amma nədənsə insanlar gözləyir ki, biz acından ölək, qazancımız olmasın. Bu yanaşma düzgün deyil”.

İfaçı vurğulayıb ki, qazancı ilə ailəsinə normal şərait yaratmağa çalışır və bunun qeyri-adi tərəfi yoxdur. O, həmçinin son vaxtlar özünə yeni avtomobil aldığını da bildirib. Meyxanaçı əlavə edib ki, bu cür mövzuların müzakirə edilməsi əvəzinə sənət və yaradıcılıqdan danışılmasının daha doğru olacağını düşünür.

Seçilən
101
yenilik.az

1Mənbələr