AZ

Bakıda evdə yanğın: 1 ölü, 1 yaralı

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.
ONN media FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 16 m², dam örtüyü 12 m² və dəhlizi 6 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin qismən yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Bu gün saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonundan yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə TƏBİB-dən bildirilib.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 şəxsin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb. 1 nəfərə isə yerində tibbi xidmət göstərilib", - məlumatda qeyd olunub.

Seçilən
45
11
onn.az

10Mənbələr