AZ

Azərbaycanda rayon ağsaqqalı Şaxta baba nı maşınla vurub

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Keçən il dekabrın 29-da Neftçala şəhəri, H.Əliyev prospektində velosipedlə hərəkət edən Zamiq Məmmədovu 90-EG-827 dövlət nömrə nişanlı "Mitsubishi Pajero" avtomobili ilə vuran Mərdan Səlimovun (adı və soyadı şərtidir) məhkəmə prosesi başa çatıb.

Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, məhkəmə avtomobili sərxoş vəziyyətdə idarə edən Mərdan Səlimovu 9 ay müddətinə azadlıqdan məhrum etsə də, onun cəzası şərti hesab olunub.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, rayonun tanınmış ağsaqqallarından biridir:

"Həmişə camaat içində nümunəvi davranmağa, başqalarını qanunsuz hərəkətlərdən çəkinməyə çağırmışam. Rayonda kifayət qədər nüfuza və hörmətə malikəm. Heç vaxt düşünə bilməzdim ki, ahıl yaşımda başıma belə hadisə gələ bilər. Əməlimdən çox peşmanam. Hazırda zərərçəkmiş şəxslə barışmışam və ona vurulmuş ziyanı tam olaraq ödəmişəm".

Zərərçəkmiş şəxs isə bildirib ki, işsiz olduğu üçün dekabr və yanvar aylarında Yeni il bayramı ilə əlaqədar olaraq şaxta baba paltarı geyinib onu dəvət edən şəxslərin evlərinə gedərək uşaqlarını əyləndirir:

"Şaxta baba paltarında velosipedlə hərəkətdə olan zaman arxadan nəyinsə məni vurduğunu hiss etdim. Zərbənin təsirindən yıxıldım və huşumu itirdim. Ayıldıqda Salyan rayonunda xəstəxanada olduğumu gördüm. Məni xəstəxanaya kimin apardığını bilmədim. Sonradan bildim ki, məni Mərdan Səlimov vurub. Təqsirləndirilən şəxs bütün müalicə və s. xərclərimi tam olaraq ödəyib. Onunla barışmışam və qarşı tərəflə bağlı heç bir şikayətim, tələbim yoxdur".

Qeyd edək ki, Mərdan Səlimov velosipedlə hərəkət edən şəxsi vurduqdan sonra irəlidəki saat qülləsi ilə toqquşub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
oxu.az

1Mənbələr