AZ

Dəhşətli qatar qəzası: Çoxlu sayda ölü və yaralı var

Meksikanın cənubundakı Oaxaka ştatında sərnişin qatarı relsdən çıxıb. Qəzada ən azı 13 nəfərin öldüyü bildirilir.

Turkustan.az xəbər verir ki, Meksika Hərbi Dəniz Qüvvələri Nazirliyinin (Semar) verdiyi açıqlamaya görə, Oaxaca ştatının Nizanda şəhəri yaxınlığında döngədə 241 sərnişin və 9 heyət üzvünü daşıyan sərnişin qatarı relsdən çıxıb.

13 nəfərin ölümünə, 98 nəfərin isə yaralanmasına səbəb olan qəzada yaralılar səhiyyə müəssisələrinə aparılıb.

Axtarış-xilasetmə əməliyyatları üçün 360 dəniz piyadası, 20 nəqliyyat vasitəsi, 4 quru təcili yardım maşını, 3 hava təcili yardım maşını və bir pilotsuz uçuş aparatı cəlb edilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
22
4
turkustan.az

8Mənbələr