AZ

Soyuq hava Qəzzada həyatlara son qoymaqda davam edir - 6-sı uşaq olmaqla 25 mülki şəxs ölüb

Qəzzada dekabr ayında soyuq hava şəraitində 6-sı uşaq olmaqla 25 fələstinlinin öldüyü bildirib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə Xidməti məlumat yayıb.

Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal yazılı açıqlamasında İsrailin Qəzza zolağına hücumları nəticəsində evlərini itirən fələstinlilərin üzləşdiyi sərt qış şərtlərinə diqqət çəkib.

Basal həmçinin bildirib ki, İsrail hücumlarında zərər çəkmiş binaların dağıdılması ilə yanaşı, bəzi vətəndaşlar yağışların yaratdığı daşqınlar zamanı quyulara və çuxurlara düşərək həyatlarını itiriblər:

"Qəzza zolağında fələstinlilərə sığınacaq verən çadırların 90%-i su altında qalıb və ya fırtınalar nəticəsində dağılıb. Qəzza zolağında davam edən şiddətli yağışlar və soyuq hava səbəbindən minlərlə fələstinli ailə müvəqqəti sığınacaqlarını itirib".

İlahə Qənbərli

Missiya.Az

Seçilən
47
17
missiya.az

10Mənbələr