AZ

İrəvandan Moskva və Tehrana Zəngəruz dəhlizi reaksiya: Yalandır, inanmayın

ain.az, Olke.az saytına istinadən bildirir.

İrəvan Zəngəzur dəhlizində reallaşacaq “Tramp marşrutu”nin 2026-cı ildə tikintisinə başlamaq üçün intensiv şəkildə işləyir.

Ölkə.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli İctimai Televiziyaya müsahibəsində deyib.

“Biz Amerika tərəfi ilə çox intensiv işləyirik və tikinti işlərinə 2026-cı ilin ikinci yarısında başlanacaq. Ümid edirəm ki, ilk sənəd yaxın həftələrdə hazır olacaq. Gələn il beynəlxalq tərəfdaşlarımızın Ermənistana səfərləri sıx olacaq", - nazir bildirib.

Müxalifətin Rusiya və İranın "Tramp Yolu"na qarşı çıxması ilə bağlı fikirləri ilə bağlı suala Mirzoyan belə cavab verib: "Bu insanlara qulaq asmayın, bu, yalandır. İranlı həmkarlarımdan eşitdiklərimə görə, infrastrukturun açılması İranda suallar doğurub. Onlar suallar veriblər, biz cavablar veririk və indi həm biz, həm də İran infrastrukturun açılmasında imkanlar görürük".

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
olke.az

1Mənbələr