Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhərində anbarın icarə xidmətinin satın alınması ilə bağlı müqavilə imzalanıb.
FED.az xəbər verir ki, satınalmanın qalibi "Perfect Logistics" MMC olub. Müqavilənin ümumi dəyəri 72 min manat təşkil edir.
Qeyd edək ki, satınalma "Bir mənbə" metodu ilə həyata keçirilib. Müqaviləyə əsasən, Xidmət Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, 59G ünvanında yerləşən 216 m2 sahəsi olan anbarı icarəyə götürüb.