AZ

“Roma” İspaniyadan hücumçu gətirir

“Atletiko”nun hücumçusu Cakomo Raspadori qış transfer pəncərəsində klubu tərk etməyə hazırdır.

Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Roma” ciddi şəkildə maraqlanır.

İtaliyalı oyunçu vətəninə qayıtmaq qərarına gəlib və madridlilərin onu yanvarda “Roma”ya buraxacağına ümid edir. Paytaxt təmsilçisi artıq onunla müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə şərtlərini razılaşdırıb.

“Roma” Raspadorini “Atletiko”dan icarəyə götürməyi və sonradan 20 milyon avro qarşılığında transfer hüququnu almağı planlaşdırır. Klublar arasında hələlik yekun razılaşma əldə olunmayıb, danışıqlar davam edir.

Madrid klubu Raspadorini ötən ilin avqustunda “Napoli”dən 22 milyon avroya transfer etmişdi.

Seçilən
22
3
msport.az

4Mənbələr