AZ

"Turan Tovuz" futbolçusu ilə vidalaşdığını açıqladı - RƏSMİ

"Turan Tovuz" futbolçusu Veysəl Rzayevlə yolları ayırıb.

Fanat.Az Tovuz klubunun mətbuat xidmətinə istinadən məlumatına görə, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2022/2023 mövsümündən "Turan Tovuz"un şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qolla yadda qalıb.

Qeyd edək ki, Veysəlin "Kəpəz"ə keçəcəyi dəqiqləşib. Gəncə təmsilçisinin yaxın günlərdə keçidi açıqlayacağı gözlənilir.

Seçilən
15
fanat.az

1Mənbələr