Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Güləş yığmamıza daha bir legioner cəlb olunub.
Ölkə.Az xəbər verir ki, bu barədə jurnalist Natiq Nəsirov paylaşım edib.
O bildirib ki, sərbəst güləş üzrə superağır çəki dərəcəsində İran adına 1 dəfə U17, 2 dəfə U23, 3 dəfə U20 dünya çempionu, böyüklər arasında son Asiya çempionu olan 21 yaşlı Amir Reza Masoumi Azərbaycan vətəndaşlığı alıb və bundan sonra (daha doğrusu 2027-ci ildən) Azərbaycanı təmsil edəcək.
"Bu ilin yayında Amir Reza öz şəxsi səhifəsində Ermənistanın paytaxtı İrəvandan paylaşım edərək, bu ölkənin vətəndaşlığını qəbul etdiyini bildirmişdi. Ermənistan mətbuatı böyük sevinclə artıq məsələnin həll olduğunu yazırdı. Atası, keçmiş güləşçi Fardin Masoumi erməni jurnalistlərə açıqlamasında bunu qismən təsdiq edərək, onu da əlavə etmişdi ki, daha 2 ölkədən təkliflər var və Amir Reza ilə biraz düşünürlər. Görünür ki, vətəndaşlığın o qədər də əhəmiyyət kəsb etmədiyi Amir Reza seçimi Azərbaycandan yana edib", - deyə jurnalist əlavə edib.


Billurə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.