AZ

"Ermənistanla çox uğurlu münasibətlərimiz var" - İran XİN

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında İran–Ermənistan münasibətləri ilə bağlı açıqlama verib.

Redaktor.az bu barədə "Azad İran" teleqram kanalına istinadla xəbər verir.

Bəqayi bildirib ki, İran öz xarici siyasətini milli maraqlar əsasında qurur və #Ermənistanla münasibətlər də bu çərçivədə formalaşır. Onun sözlərinə görə, tərəflər arasında əlaqələr qarşılıqlı maraqlara, ortaq məxrəclərin və mövcud narahatlıqların aydın şəkildə anlaşılmasına əsaslanır.

“Ermənistanla çox yaxşı münasibətlərimiz var və bu əlaqələri müxtəlif sahələrdə inkişaf etdirməyə qətiyyətlə sadiqik”, – deyə, o, vurğulayıb.

Sözçü əlavə edib ki, İran üçüncü ölkələrin digər dövlətlərlə münasibətlərinə, bu münasibətlər öz əlaqələrinə zərər vurmadığı müddətdə, hörmətlə yanaşır.

O, qeyd edib ki, İranın digər ölkələrlə münasibətləri qarşılıqlı maraqların və narahatlıqların balanslaşdırılmış təhlili əsasında qurulur və bu yanaşma həm Ermənistan, həm də digər qonşu dövlətlərlə münasibətlərə şamil edilir.

Nuriyyə NATİQQIZI

Seçilən
35
redaktor.az

1Mənbələr