AZ

Qarabağ ın maraqlandığı hücumçu: Hazırda transferlə bağlı mənə heç nə deyilməyib

Operativmedia saytına istinadən ain.az xəbər verir.

“Qarabağ” Belçikanın 2-ci Liqa təmsilçisi “Lyej”in forvardı Umar Diufu heyətinə qatmağa çalışır.

Operativ Media “Walfoot” nəşrinə istinadən xəbər verir ki, seneqallı hücumçu Avropanın bir neçə klublarının maraq dairəsindədir. Diuf sözügedən nəşrə gələcək karyerası ilə bağlı açıqlama verib.

O, təkliflərinin olduğunu gizlətməyib:

“Hazırda transferlə bağlı mənə heç nə deyilməyib. Bu, agentimin işidir, prosesi o idarə edir. Mən isə öz adıma mövsümün qalan hissəsinə fokuslanmışam və bu məsələlərdə Tanrının işini görməsinə icazə verirəm. Klubların mənə maraq göstərdiyi ilə bağlı söz-söhbətləri eşitmişəm, amma onları sakit və təzyiqsiz qarşıladım. Təbii ki, hər futbolçu kimi mənim də şəxsi ambisiyalarım var: hər gün bir addım irəli getmək və inkişaf etmək.”

Xatırladaq ki, daha öncə mətbuatda Ağdam klubunun futbolçu üçün 1,2 milyon avroluq təklif verdiyi iddia edilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
operativmedia.az

1Mənbələr