Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində sosial sahə üzrə elektron xidmətlərin təşviqinə həsr olunmuş hakaton təşkil olunub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hakatonda nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarından ibarət 12 komanda iştirak edib.
Tədbir zamanı e-sosial platformasının funksionallığının genişləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və vətəndaşlar üçün daha əlçatan, effektiv rəqəmsal xidmətlərin yaradılması ilə bağlı ideyalar, təkliflər təqdim edilib.
Dövlət sosial xidmətlərinin rəqəmsallaşması prosesində qurumlar arasında institusional əməkdaşlığın gücləndirilməsinə hədəflən hakatonda ən yaxşı nəticə göstərən üç komandaya mükafatlar təqdim edilib.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.