AZ

Zelenski: Sülh planına Ukraynaya 15 il müddətinə təhlükəsizlik zəmanəti daxildir

Ukrayna Prezidenti Vladimir Zelenski müharibəyə son qoymaq üçün üzərində işlədikləri sülh planına Ukraynaya 15 illik təhlükəsizlik zəmanəti daxil olduğunu, lakin 50 illik zəmanət istədiklərini açıqladı.

Turkustan.az xəbər verir ki, Zelenski ABŞ Prezidenti Donald Trampla Florida ştatındakı Mar-a-Laqo malikanəsində keçirdiyi görüş barədə jurnalistlərə açıqlama verib.

Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 20 maddəlik sülh planı üzərində işləməyə davam etdiklərini xatırladıb və bildirib ki, görüş zamanı bu məsələni Trampla da müzakirə edib.

Zelenski ABŞ tərəfi ilə ölkəsinin ərazi bütövlüyü və Zaporojye Atom Elektrik Stansiyasını kimin idarə edəcəyi məsələsi istisna olmaqla, bütün məsələlərdə razılığa gəldiklərini bildirib və deyib: "İki məsələ qalır: Zaporojye Atom Elektrik Stansiyasının necə işləyəcəyi və ərazi məsələsi. Bunlar 20 maddəlik sənəddə qalan iki məsələdir. Buna görə də 20 maddəlik planın 90 faizinin hazır olduğunu dedim, çünki 20 maddədən ikisi üzrə hələ razılıq əldə edilməyib".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
34
50
turkustan.az

10Mənbələr