AZ

AİJA qaliblərin adlarını açıqladı

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE-UEPS) üzvü və ölkəmizdə rəsmi təmsilçisi olan Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2025-ci ilin ənənəvi qalib nominasiyalarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, ilin ən yaxşıları ölkənin kütləvi informasiya vasitələri, idman azarkeşləri və mütəxəssisləri arasında rəy sorğusuna əsasən müəyyənləşib.

2025-ci ilin idman laureatları

İlin idmançısı

Kişilər

Sübhan Mamedov (boks)

Həsrət Cəfərov (yunan-Roma güləşi)

Tofiq Əliyev (gimnast)

Qadınlar

Günay Qurbanova (güləş)

Südabə Ağayeva (cüdo)

Aynur Mikayılova (boks)

İlin klubu – “Sabah” basketbol klubu

İlin komandası – Şahmat üzrə qadınlardan ibarət milli komanda

İlin federasiyası – Azərbaycan Boks Federasiyası

İlin informasiya agentliyi – AZƏRTAC

İlin televiziya kanalı – İdman TV

İlin idman qurumu – Azərbaycan Deflimpiya Komitəsi

İlin məşqçisi – Qurban Qurbanov (“Qarabağ” Futbol Klubu)

İlin hakimi – Fuad Aslanov (boks)

İlin jurnalisti

İdman saytları üzrə – Rasim Sultanzadə (APASport.az)

İctimai-siyasi saytlar üzrə – Elmir Əliyev (Haqqin.az)

Qəzetlər üzrə – Müzəffər Quluzadə (Futbol+)

Televiziya üzrə – Arifə Lətifova (CBC Sport)

Radio üzrə – Elşən Həmzəyev (ASAN Radio)

İlin şərhçisi – Tural Dadaşov (İctimai TV)

İlin fotoreportyoru – Dilavər Nəcəfov

İlin saytı

İdman saytları üzrə – futbolinfo.az

İctimai-siyasi saytlar üzrə – qaynarinfo.az.

Seçilən
70
fanat.az

1Mənbələr