AZ

Şimallı qonşularımız hələ də hesab edirlər ki, keçmiş müttəfiq respublikalar onların mülkiyyətidir

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

"Rusiya istintaq komitəsi sədri Bastrıkinin, AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı açılmış cinayət işinə xitam verilməsini bildirən məktubu, bu ölkənin hüquqi dövlət olmadığının, qanunlara, müttəfiqlik, qonşuluq prinsiplərinə hörmət etmədyinin göstəricisidir. Ən azından, həmin məmur Düşənbədə keçirilən sammitdə prezident Vladimir Putinin səsləndirdiyi fikirlərə istinad etməliydi".Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, milyonlarla insan, Rusiya dövlət başçısının dilindən kompensasiya ödəniləcəyi, günahkarların cəzalandırılacağı barədə bəyanatına şahidlk etmişdi:"Cəmi iki ay yarım sonra, məmurların prezidentdən tam fərqli mövqe sərgiləməsi, düşünüəm ki, imperiyapərəst düşüncənin məhsuludur. Şimallı qonşularımız hələ də hesab edirlər ki, keçmiş müttəfiq respublikalar onların mülkiyyətidir və istədkləri kimi davrana bilərlər. Anlamırlar ki, Azərbaycana qarşı istənilən saymamazlıq əks məhsuldardır. Belə münasibət ikitərəfli əməkdaşlığımıza zərər vurur. Təbii ki, bundan hər iki tərəf, xalqlarımız əziyyət çəkir. Etimadsızlıq mühiti yaranır".Deputat qeyd edib ki, hər bir konfliktin sonu sülhlə bitməlidir:"Azərbaycan qarşılıqlı hörmət əsasında əməkdaşlığın davam etməsində, münasibətlərin tezliklə normallaşmasında maraqlıdır. Hazırki vəziyyətdə top Rusiya tərəfindədir, nə qədər tez konstruktiv addımlar atılacaqsa, problem aradan qalxacaq".Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
32
newscenter.az

10Mənbələr