AZ

Xaçmazlı gənc ana üçəm dünyaya gətirdi

Yazını böyüt
Yazını kiçilt

20 yaşlı Xaçmaz rayon sakini erkən doğum təhlükəsi ilə Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində Quba Regional Perinatal Mərkəzə müraciət edib.

Hafta.az xəbər verir ki, ilkin olaraq 31-32 həftəlik hamiləlik, aktiv doğuş fəaliyyəti, dölün biri köndələn vəziyyətdə, digərləri isə sağrı gəlişində olduğu aşkarlanıb.

Təcili tibbi göstərişlə hamilə qeysəriyyə kəsiyi əməliyyatına götürülüb.

Əməliyyatla qadının çəkiləri 1400, 1600, və 1800 qram olan üçəm övladları (hər üçü kişi cinsli) dünyaya gəlib. Körpələrdən birinin vəziyyəti çox ağır olduğundan süni ventilyasiya aparatına qoşulub. Üçəmlərin hər birinə dövlət təminatlı “Curosurf 120 mq.” preparatı yeridilib və tənəffüs dəstəyi ilə təmin olunub.

Göstərilən yüksək ixtisaslı yardım nəticəsində körpələrin vəziyyəti stabilləşib. Ana və körpələri sağlam şəkildə evə buraxılıblar.

Seçilən
24
27
hafta.az

10Mənbələr