AZ

Məzunların iş tapmaqda çətinlik çəkməsi daha çox... AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Azərbaycanda məzunların iş tapmaqda çətinlik çəkməsi daha çox əmək bazarı ilə ali təhsil sistemi arasındakı uyğunsuzluqla bağlıdır. Müşahidələr göstərir ki, əsas problemlər aşağıdakı ixtisas qruplarında cəmlənir”.Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı bildirib.O deyib ki, ən çox çətinlik çəkənlərdən biri hüquq, beynəlxalq münasibətlər və politologiya ixtisaslarını bitirən məzunlardır:“Bu sahələrə uzun illər ərzində həddindən artıq tələb olduğu üçün bazar doymuş vəziyyətdədir və vakansiyalar məhduddur. Eyni vəziyyət menecment, biznesin idarə edilməsi və marketinq ixtisaslarında da müşahidə olunur, xüsusilə praktik bacarığı olmayan məzunlar üçün. Digər problemli sahə pedaqoji ixtisasların bir hissəsidir. Müəllimə ehtiyac olsa da, vakansiyalar əsasən regionlarda cəmlənir, məzunların böyük qismi isə paytaxtda iş axtarır. Bundan əlavə, sosial elmlər, o cümlədən sosiologiya, fəlsəfə və tarix ixtisasları üzrə iş imkanları kifayət qədər məhduddur. Humanitar sahələrdə təhsil alan məzunların bir hissəsi əlavə peşə və ya texniki bacarıq olmadan əmək bazarına çıxdığı üçün rəqabətdə uduzur. Əksinə, informasiya texnologiyaları, mühəndislik, tibb və peşə-ixtisas sahələrində bazar hələ də daha çevikdir. Problem təkcə ixtisas seçimində deyil, təhsilin praktikliyində, əmək bazarının real tələblərinin düzgün qiymətləndirilməməsindədir”.Leyla Turan

Demokrat.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
22
demokrat.az

10Mənbələr