AZ

Moskva ilə Kiyev arasındakı münaqişənin həllində irəliləyiş 95%-ə çatıb – ABŞ Prezidenti Donald Tramp

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlarının nəticələrini ümumiləşdirib.

Onun sözlərinə görə, Moskva ilə Kiyev arasındakı münaqişənin həllində irəliləyiş 95%-ə çatıb: “Əla görüş keçirdik. Bəzilərinin dediyi kimi, 95 % məsələləri həll etdik”, – deyə Donald Tramp mətbuat konfransında bildirib.

Tramp qeyd edib ki, həll olunmamış məsələlərdən biri ərazi məsələsidir. Vladimir Zelenski vəziyyətin Ukraynada referendum yolu ilə həll edilə biləcəyini irəli sürüb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, Ukrayna tərəfi Donbasla bağlı “cəsarətli, məsuliyyətli siyasi qərar” verməlidir.

//Samir Qurbanov, Editor.az

Seçilən
47
editor.az

1Mənbələr