AZ

Qışda bu qidalar faydalıdır

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Qış mövsümündə düzgün qidalanma xüsusi əhəmiyyət daşıyır. Bu dövrdə gündəlik menyuya yarmalar daxil etmək, onlardan hazırlanan sıyıqlara isə az miqdarda kərə yağı qatmaq tövsiyə olunur.

“Qafqazinfo” xəbər verir ki, yulaf və arpa kimi yarmalar uzunmüddətli toxluq hissi yaradır, bədəni isti saxlayır.

Kərə yağı isə immun sisteminin möhkəmlənməsi üçün vacib olan A və D vitaminləri ilə zəngindir.

Soyuq aylarda qatı şorbalar da faydalı hesab olunur.

Onlar həm doyurucu təsir göstərir, həm də orqanizmi artıq kalori ilə yükləmədən isinməyə kömək edir. Eyni zamanda, qışda yağlı dəniz balıqlarının qəbulu məsləhət görülür. Bu balıqlar ürək-damar sağlamlığı üçün önəmli olan faydalı yağ turşuları və D vitamini ilə zəngindir.

Qoz-fındıq da qış rasionunda yer almalı məhsullardandır. Zülal, lif, sağlam yağlar, E vitamini və maqneziumla zəngin olsa da, yüksək kalorili olduğuna görə gündəlik miqdar bir ovucdan (təxminən 30 qramdan) artıq olmamalıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
50
qafqazinfo.az

10Mənbələr