AZ

İranlı güləşçi Ermənistanı yox, Azərbaycanı seçdi...

Əslən iranlı olan sərbəst güləşçi Amir Reza Masumi 2027-ci ildən beynəlxalq arenada Azərbaycanı təmsil edəcək.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Natiq Nəsirov paylaşım edib. 

 

20 yaşlı güləşçinin daha əvvəl Ermənistan üçün güləşəcəyi bildirilirdi. Həm Azərbaycandan, həm də ermənilərdən təklif alan Amir seçimini Azərbaycandan yana edib.

 

Dünyanın ən perspektivli super ağır çəkili güləşçilərindən hesab edilən Amir yayda Ermənistanda olub, İrəvandan foto paylaşıb. Bundan sonra ermənistanlı jurnalistlər onun ölkələri üçün güləşəcəyini sevinclə qarşılayıblar.

 

Lakin Amir daha sonra Azərbaycana gəlib və buradan bir neçə foto paylaşıb. Bununla da onun seçim qarşısında olduğu üzə çıxıb. Yekunda Azərbaycan Güləş Federasiyası ilə danışıqlar müsbət nəticələnib və Amir ölkəmiz üçün güləşməyə razılaşıb. Onun seçimi müzakirələrə səbəb olub.

 

Amir gənc olmasına baxmayaraq, kifayət qədər uğurlu güləşçidir, O, müxtəlif yaş qruplarında (U17, U20 və U23) 6 dəfə dünya çempionu olub. O, 2025-ci ildə Zaqrebdə keçirilən beynəlxalq turnirdə rəqiblərinə xal vermədən qələbə qazanıb – 42:0.

 

Masumi bu il Asiya Güləş Çempionatında da qızıl medal qazanıb. Güləşçi bir müddət əvvəl verdiyi açıqlamada 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadaslnda “qızıl” hədəflədiyini bildirib. Masumi olimpiadada Azərbaycan adına çıxış edəcək.

 

Azərbaycan Güləş Federasiyasından sayta məlumatın doğru olduğunu təsdiqləyiblər.

Seçilən
54
senzor.az

1Mənbələr