“Monako”nun yarımmüdafiəçisi Pol Poqba “Globe Soccer Awards”in “İlin ən yaxşı geri dönüşü” mükafatını aldıqdan sonra sosial mediada paylaşım edib.
İdman.Biz xəbər verir ki, Poqba onu unutmayanlara təşəkkür edib.
“Bu kubok təkcə mənə deyil, çətin anlarda mənə inanan hər kəsə məxsusdur. Məni unutmadığınız üçün təşəkkür edirəm! Ən yaxşılar hələ qabaqdadır və mən bundan sonra olacaqlara hazıram”, - fransız futbolçu yazıb.
Poqba dopinq cəzasını çəkdikdən sonra 2025-ci ilin yayında azad agent kimi “Monako”ya qoşulub. O, bu mövsüm Fransa çempionatı çərçivəsində “Monako”da üç oyunda iştirak edib və qol vurmayıb.