Bakı. Trend:
Ukrayna ABŞ tərəfindən 2026-cı ildə BMT-nin HumanitarMəsələlərin Koordinasiyası İdarəsinə ayrılacaq 2 milyard dollarhəcmində humanitar yardımın nəzərdə tutulduğu ölkələr arasında yeralıb.
Trend xəbər verir ki, buməlumat idarənin açıqladığı rəsmi siyahıda əks olunub.
Məlumata görə, Ukrayna ilə yanaşı, Suriya, Banqladeş, CənubiSudan və Efiopiya daxil olmaqla ümumilikdə 16 ölkə yardım alacaq.Fələstin isə siyahıya daxil edilməyib. Ayrılan vəsaitin bir hissəsiBMT-nin Fövqəladə Hallara Qarşı Mərkəzi Cavab Fondu (CERF) üçün dənəzərdə tutulur.