AZ

Bayram gecəsi hər evə alınır

Şampan az spirtli içki sayılsa da, bəzi insanlar üçün ciddi sağlamlıq riskləri yarada bilər.

Publika.az xəbər verir ki, bu sözləri qastroenteroloq Svetlana Mingazova deyib.

Onun sözlərinə görə xüsusilə həzm sistemi xəstəlikləri olan şəxslər şampandan uzaq durmalıdır. Mədə xorası zamanı az miqdarda alkoqol belə mədə şirəsinin ifrazını artırır, mədənin selikli qişasını qıcıqlandırır və sağalmanı ləngidir. Xroniki qastriti olan insanlarda isə 1 qədəh şampan belə xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

Həssas bağırsaq sindromu olanlarda şampan ağrı və spazmlar yarada bilər. Həkim bunu içkidəki qaz və yüksək turşuluqla əlaqələndirib. Qeyri-spesifik xoralı kolit və Kron xəstəliyi zamanı isə alkoqol iltihabı gücləndirərək vəziyyəti daha da pisləşdirə bilər.

"Şampanın tərkibindəki şəkər də əlavə risk yaradır. Bu içki qanda şəkərin səviyyəsini sürətlə yüksəldə bilər. Buna görə diabeti və insulinə davamlılığı olan insanlara şampan tövsiyə edilmir".

Seçilən
67
3
publika.az

4Mənbələr