AZ

Tədqiqat: Günəş işığı kişilərdə depressiya riskini azaldır

Bakı, 30 dekabr, AZƏRTAC

Günəş işığına üstünlük verən və daha çox açıq havada vaxt keçirən kişilərdə depressiya və yuxu pozğunluğu simptomları daha az müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu qənaətə amerikalı tədqiqatçılar 2009–2020-ci illər üzrə ABŞ Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusunun məlumatlarını təhlil etdikdən sonra gəliblər. Araşdırmanın nəticələri PLOS ONE jurnalında dərc olunub.

Tədqiqat zamanı 20–59 yaş arası 7 306 kişinin məlumatları analiz edilib. Nəticələr göstərib ki, günəş işığına daha çox məruz qalan iştirakçılarda depressiv simptomlar və yuxu problemləri daha nadir hallarda qeydə alınıb.

Seçilən
91
4
azertag.az

5Mənbələr