AZ

Yeni il ağacları allergiyası olanlar üçün təhlükəlidirmi? Həkimdən açıqlama

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Rusiyalı immunoloq və allerqoloq Nadejda Loqina Yeni il ağaclarının allergiyası olan insanlar üçün təhlükə yaradıb-yaratmadığını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, Aif.ru saytına verdiyi müsahibədə danışıb.

Nadejda Loqina qeyd edib ki, təbii ağaclarda adətən allergenlər olmur və yalnız çiçəklənmə dövründə yayılan tozcuqlar reaksiyaya səbəb ola bilər.

Lakin mütəxəssisin sözlərinə görə, süni ağacların potensial allergen olma ehtimalı daha yüksəkdir. Düzgün saxlanılmadığı təqdirdə onların üzərində kif əmələ gələ bilər.

Loqina əlavə edib ki, süni ağacları istifadə etməzdən əvvəl yaxşıca yumaq və qurutmaq lazımdır. O, həmçinin vurğulayıb ki, əgər allergiya simptomlarıortaya çıxarsa, müayinə üçün həkimə müraciət etmək vacibdir. Müasir müalicə üsulları bütün növ allergiyaların effektiv müalicəsinə imkan verir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
94
oxu.az

1Mənbələr