AZ

Azərbaycanda icra hakimiyyətləri LƏĞV EDİLİR?

“Türkiyə və bir sıra Avropa ölkələrində bələdiyyələrin icra hakimiyyətlərində mühüm rol oynaması idarəetmədə səmərəliliyi artırır. Bu modelin Azərbaycanda da tətbiqi mümkün olsa da, əsas maneə mərkəzləşmiş idarəetmə sistemindən imtina ilə bağlı siyasi iradənin olub-olmamasıdır”.

Publika.az xəbər verir ki, bu fikirləri iqtisadçı Asif İbrahimov Konkret.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda idarəetmədə əsas problemlərdən biri üfüqi və şaquli məsuliyyətin düzgün bölüşdürülməməsidir. Eyni və ya oxşar funksiyaları yerinə yetirən qurumların həddən artıq çox olması həm büdcə yükünü artırır, həm də rüşvət və korrupsiya risklərini yüksəldir:

“Azərbaycanda bir-birini təkrarlayan, oxşar funksiyalar həyata keçirən qurumlar çoxdur. Bu strukturların bir hissəsi ləğv edilməli, bir hissəsi isə birləşdirilməlidir. Bu addım həm dövlət xərclərini azaldar, həm də korrupsiya mənbələrinin aradan qaldırılmasına xidmət edər”.

İqtisadçı qeyd edib ki, hazırkı sistemdə icra hakimiyyətləri, icra nümayəndəlikləri və bələdiyyələr paralel fəaliyyət göstərir ki, bu da idarəetmədə səmərəsizlik yaradır. Halbuki Azərbaycan Avropa Şurasına üzv olarkən hakimiyyətin əks-mərkəzləşdirilməsi ilə bağlı öhdəliklər götürmüşdü.

Seçilən
122
publika.az

1Mənbələr