AZ

CNN: ABŞ Venesuela ərazilərinə gizli dron zərbələri endirib...

Kəşfiyyatın həyata keçirdiyi əməliyyat narkotik daşımalarında istifadə edilən liman obyektini hədəf alıb...

Poliqon xəbər verir ki, CNN telekanalı mənbələrə istinadla ABŞ-nin dekabrın əvvəlində Venesuela ərazisində pilotsuz uçuş aparatı vasitəsilə zərbə endirdiyini bildirib. Məlumata görə, hücum ölkənin sahil zonasında yerləşən liman infrastrukturlarından birinə yönəlib. ABŞ hökumətində hesab edirlər ki, sözügedən obyekt Venesuelada fəaliyyət göstərən Tren-de-Araqva adlı cinayətkar qruplaşma tərəfindən narkotiklərin saxlanılması və qadağan olunmuş maddələrin dəniz yolu ilə daşınması üçün istifadə olunub.

Telekanalın mənbələri bildiriblər ki, zərbə anında körpüdə və liman ərazisində heç bir insan olmayıb. Bu səbəbdən partlayış nəticəsində ölən və ya xəsarət alan qeydə alınmayıb. Əməliyyatın məqsədi narkotik ticarətində istifadə edilən əsas logistik mərkəzin sıradan çıxarılması olub.

CNN-in məlumatına görə, əməliyyatı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi həyata keçirib. CNN və Reuters qeyd edir ki, bu hadisə ABŞ-nin Venesuela ərazisinə endirdiyi ilk birbaşa zərbə kimi qiymətləndirilir.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Venesuelada bir obyektə zərbə endirildiyini təsdiqləsə də, əməliyyatın detalları barədə məlumat verməmişdi. Onun sözlərinə görə, vurulan böyük obyekt narkotiklərin dəniz gəmilərinə yüklənməsi üçün istifadə olunurdu. Tramp WABC radiosuna müsahibəsində bildirib ki, iki gecə əvvəl sözügedən infrastrukturu tamamilə sıradan çıxarıblar və bununla da narkotik şəbəkəsinə ciddi zərbə vurulub.

Sonradan mətbuat konfransında Trampdan Venesuelada baş vermiş partlayışla bağlı əlavə məlumat istənilib. ABŞ prezidenti liman zonasındakı partlayışın narkotiklərlə yüklənən qayıqların hazırlandığı ərazidə baş verdiyini deyib. Onun sözlərinə görə, əvvəlcə qayıqlar hədəf alınıb, ardınca isə bütün təminat zonası məhv edilib və artıq həmin logistika mərkəzi mövcud deyil. Tramp ABŞ-nin Venesuelaya qarşı başqa zərbələr endirib-endirmədiyi sualını cavabsız qoyub.

Poliqon.info

Seçilən
104
44
poliqon.info

10Mənbələr