Vyetnamda qumarbaz ər və mağaza sahibi arvadın davası ölümlə bitib.
İnterpress.az xəbər verir ki, bu barədə Vyetnam mediası məlumat yayıb. Xəstəxanada mühafizəçi işləyən ərinin ailə büdcəsini qumara xərcləməsi faciəyə gətirib çıxardı.
Məlumata görə, Vyetnamda baş verən ailə münaqişəsi dəhşətli qətllə nəticələnib. Hadisənin əsas iştirakçıları mağaza sahibi olan xanım (mətbuatda N.T.H. kimi qeyd olunur) və onun əri (T.Q.H.) olub.
Bildirilir ki, kişi xəstəxanada mühafizəçi işləyirmiş. O, spirtli içki aludəçisi olub və ailənin pullarını mütəmadi olaraq mərc oyunlarına xərcləyirmiş.
Tərəflər arasında yaranan mübahisə qısa zamanda şiddətlənərək faciəvi sonluqla bitib. Hadisə ətrafdakı insanların gözü qarşısında baş verib.
Xuraman Etibarlı
İnterpress.az